Milinko Pantiç: "Bunu yalnız biz bacarmışıq"

15:12 - 9 Noyabr 2013

"Rəqibə hörmət, məqsəd qələbə!"

 

“Bakı” klubununbaş məşqçisi Milinko Pantiç “Neftçi” ilə oyunöncəsi fikirlərini də açıqlayıb. Sportal.az xəbər verir ki, klubun rəsmi saytına danışan serbiyalı mütəxəssis meydana yalnız qələbə üçün çıxacaqlarını bildirib:

 

"İlk dövrədə “Neftçi”ni yalnız biz məğlub edə bilmişik - 3:0. Buna rəğmən, rəqib yaxşı təşkilatlana bilir. Həmin qələbə göstərdi ki, komanda istək olanda məqsədinə çata bilir.


Çəkindiyim məqam yalnız bəzi halları idarə edə bilməməyimlə bağlıdı. Artıq buna qarşı heç nə edə bilmirik. “Neftçi”yə yeni baş məşqçi gəlib. Ancaq heç kim bir komandanı 5-10 günə tam dəyişdirə bilmir. İdeyam odur ki, mən rəqib yox, “Bakı” haqda düşünürəm. Nə problemləri varsa, özləri həll edir. Rəqibə hörmət, məqsəd qələbə! Bu amalla meydana çıxacağıq”.

 

Qeyd edək ki, hər iki komanda çempionluq uğrunda mübarizə aparır.

Xəbər xətti