Kamran Ağayev azarkeşlə qalmaqalından danışdı

17:43 - 11 Noyabr 2013

"Dedim ə, utanmırsan, mən siqaret çəkənəm?"
 
 
Xəbər verdiyimiz kimi, “Neftçi” - “Bakı” oyununun ikinci hissəsinin sonlarına yaxın tribunada azakeşlə qonaq komandanın qapıçısı Kamran Ağayev arasında gərginlik yaşanmışdı.
 
Sportal.az xəbər verir ki, millimizin qapıçısı hadisələri belə anlatıb: “Oyuna baxırdım, birdən yanımda olan uşaq (Kamranın uşaq dediyi şəxs isə, 50 yaşlarında olan, amma boydan balaca şəxsdir) siqaret yandırdı, sonrada mənə təklif etdi. Dedim ə, utanmırsan, mən siqaret çəkənəm? Üstündən biraz keçdi, oyun zamanı danışdım. Birdən ordan mən tərəfə baxaraq “ə, sən ... yerinə” dedi mənə. Özümü saxlaya bilmədim, üstünə gedib, tutdum yaxasından. Sonra da bizi ayırdılar”.
 
stadium.az

Xəbər xətti