"Lans" "Bakı"nı məğlub etdi VİDEO

12:11 - 13 Noyabr 2013

Jan Pyer Lurisella "Bakı"nın qapıçıları ilə ayrıca hazırlıq keçib
 
Fransanın Lans şəhərində səfərdə olan "Bakı"nın U-15 komandası dünən yağışlı hava olmasına rəğmən səhər saatlarında ilk məşqini keçirib. 
 
Sportal.az xəbər verir ki, üstəlik, “sarı-qırmızılar”ın məşqçisi Jan Pyer Lurisella "Bakı"nın qapıçıları ilə ayrıca hazırlıq keçib. 
 
Axşam isə “Bakı” “Lans”dan olan həmyaşıdları ilə yoxlama görüşü keçirib. "Zolaqlılar" qarşılaşmadan məğlub ayrılıblar.
 
Bu gün “Bakı”nın yetirmələri “Disney Land”ə gəzintiyə çıxacaqlar.
 
 

Xəbər xətti