"Xəqani Məmmədov, sən "maska" altında gizlənənlərdənsən"

00:03 - 14 Noyabr 2013

Emil İskəndərov:"Sən hakimləri kiminsə ayağına vermisən"
 
Hal-hazırda Azərbaycan futbolunun yaralı yerindən biri də hakimlikdi.
 
Keçmiş hakimlərimizdən biri Emil İskəndərov bu barədə öz fikirlərini Sportal.az-a bildirib:
 
"Xəqani Məmmədov, sən elə evlər yıxmısan ki. Sən imkan vermədin İmamxan Sultani, Anar Salmanova. Cəza ola bilər 3-6 ay, cəza 1 il olmaz . Sən özün istəyən adamları yeritmək istəyirsən ki, qoy mənim adamlarım irəli getsin. Amma axıra kimi elə olmayacaq, dövran olacaq dəyişəcək. Hamı gözəl bilir ki, sən hansı məqsədlə edirsən. Sən maska altında gizlənən birisən. Sən hakimləri kimisə ayağına vermisən. Bunların hamısını mən gözlərimlə görmüşəm. Cavan hakimlərə imkan vermirsən işləsinlər"
 
Qeyd:Müsahibənin tam hissəsi tezliklə saytımızda yayımlanacaq

Xəbər xətti