"Xəzər Lənkəran" yeni futbolçusu sifariş etdi

00:52 - 14 Noyabr 2013

Pit çempionatda mübarizə apara biləcək
 
“Xəzər Lənkəran” klubu yeni futbolçu sifariş edib. Belə ki, cənub klubu rumıniyalı futbolçu Adrian Pitin adını əvəzedici heyətin iştirak ərizəsinə daxil edib.
 
 
Sportal.az xəbər verir ki, hazırda əvəzedici heyətdə məşq edən oyunçunun oyunlar zamanı meydançaya çıxmasında heç bir problem yoxdur.
Qeyd edək ki, Adrian Pit məlum “Makkabi” faciəsindən sonra “Xəzər Lənkəran”dan qovulmuşdu. Amma rəhbərliyin qərarına əsasən bağışlanan oyunçunun əvəzedici heyətdə fəaliyyət göstərməsinə icazə verilib.
 
 
futbol11.az
 
 

Xəbər xətti