"Xəzər Lənkəran" istirahətə buraxıldı

15:40 - 14 Noyabr 2013

Komanda 4 gündən sonra bir araya toplanacaq
 
Bu gün "Xəzər Lənkəran" isitiahətə buraxılıb. 
 
Bu barədə komandanın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu Sportal.az-a açıqlamasında aydınlıq gətirib.
"Bu gün komanda Bakıya yola düşür və 4 günlük istirtahətə buraxılacaq. Bazar ertəsi komanda paytaxtda bir araya gələrək Lənkərana qayıdıb məşqlərə start verəcək".
 
Qeyd edək ki, cənub təmsilçisi "Qəbələ" ilə oyundan sonra istirahət etmədən məşqlərə davam etmişdi.

Xəbər xətti