"Bu qanacaqsız futbolçu “Sumqayıt”a qayıdanda mütləq onunla danışacağam"

01:17 - 17 Noyabr 2013

Samir Abbasov Pərdis-Fərcad Azadla söhbət edəcəyini bildirdi
 
Dünən keçirilmiş Estoniya - Azərbaycan görüşündə xoşagəlməz hal baş verib.
 
Sportal.az xəbər verir ki, Azərbaycan himninin səsləndiyi anda millinin yarımmüdafiəçisi Pərdis Fərcad-Azad himni ifa etmək əvəzinə saqqız çeynəyirdi.
 
Bu anı yığmanın keçmiş kapitanı və Pərdisin həmklubu Samir Abbasov şərh edib: “Onun yanında dayanmış futbolçular belə hərəkətin yaramaz olduğunu ona izah etməli idi. Doğrudanmı o, harada olduğunu anlamır? Əgər bilsəydi, yəqin ki belə etməzdi. Başıma başqa izah gəlmir. Öz himninə hörmət etmək lazımdır. Məşqçi qərargahı tədbirlər görməlidir. Bu qanacaqsız futbolçu “Sumqayıt”a qayıdanda mütləq onunla danışacağam. Belə bir əməldən sonra sərt danışmaq lazımdı. Belə şeyləri bağışlamaq olmaz”.

Xəbər xətti