Qol.az saytı üçün əlamətdar gün TƏBRİK

12:07 - 17 Noyabr 2013

Kollektivimiz adından onları təbrik edirik
 
Bu gün Azərbaycanın tanınmış idman portallarından olan Qol.az saytının faəliyyətə başlamasının 5 ili tamam olur.
 
2008-ci il, noyabrın 17-də Qol.az idman-xəbər saytı olaraq oxucularla görüşə gəlib və qısa bir zamanda Azərbaycanın idman mətbuatında böyük populyarlıq qazanıb. Sayt fərqli analitik yazıları ilə yaxşı mənada diqqət çəkib.
 
 
Sportal.az saytının kollektivi 5yaşının  tamam olması münasibəti ilə Qol.az saytındakı həmkarlarını təbrik edir, onlara yeni-yeni uğurlar arzulayır.

Xəbər xətti