Komandada hər iki kapitanın problemi var
Premyer Liqanın XIV turunda "Simurq"la qarşılaşacaq "Sumqayıt"ın heyətində itkilər
var.
Sportal.az xəbər verir ki, gənclik şəhəri təmsilçinin 4 üzvü zədədən əziyyət çəkir. Belə ki, kapitan Samir Abasovun, vitse-kapitanı Aleksandr Çertoqanovun və müdafiəçi Bəxtiyar Həsənalızadənin zədəsi var. Onların "Simurq"la oyuna qədər hazır olacağı gözlənilir. Əvəzedici komandanın son oyununda zədələnən Ruslan Nəsirli isə bir müddət yaşıl meydanlardan kənarda qalacaq.