"İnter" "Bakı" ilə üz-üzə gəldi
Bu gün U-19 Liqasında 7-ci turun görüşləri keçirildi.
Sportal.az xəbər verir ki, "bankirlər" səfərdə "Bakı" klubuyla üz-üzə gəldi və bu oyun 2-2 hesablı heç-heçə ilə başa çatdı. Qonaqların heyətində Amil Atakişiyev və Ülvi İbazadə fərqləniblər.
Qeyd edək ki, 7 oyundan sonra "İnter"in aktivində 12 xal var və bu nəticə ilə komandamız turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
Xatırladaq ki, Vadar Nuriyevin yetirmələri növbəti turda "Xəzər-Lənkəran" komandasıyla qarşılaşacaqlar.
saytlarin hazirlanmasi