"Bizim də Polyak kimi futbolçumuz olsa qalib gələrdik"

19:17 - 22 Noyabr 2013

Aqil Məmmədov: "Samir özü məcbur etdi ki, onu oyuna salım"

 

"Bu gün yaxşı oyun oldu. Oyunçularımdan razı qaldım, amma nəticədən təəssüflənirəm. Bizim də Polyak kimi futbolçumuz yoxdur, olsa idi qalib gələrdik"

 

Sportal.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Aqil Məmmədov deyib. Məmmədov zədələli futbolçularından gileyləndi:

 

"Futbolçularımızda ustalıq səviyyəsi yüksəkdir. Samir özü məcbur etdi ki, onu oyuna salım. Onu oyuna salmaq fikrim yox idi, çünki zədəli idi."

 

 

Xəbər xətti