İmişli stadionunun ot örtüyü yararsız vəziyyətə düşüb
Azərbaycan kubokunun 1/8 final mərhələsinin “Mil-Muğan” – “Qəbələ” oyununun keçirilmə yeri dəyişdirilmişdir.
Sportal.az xəbər verir ki, “Mil-Muğan” klubunun Peşəkar Futbol Liqasına ünvanladığı məktubda İmişli şəhər stadionunun ot örtüyünün bu oyunu keçirmək üçün yararsız vəziyyətdə olduğu bildirilir. “Qəbələ” klubunun da razılıq məktubunu nəzərə alaraq “Mil-Muğan” – “Qəbələ” oyunu Qəbələ şəhər stadionunda keçiriləcək.
saytlarin hazirlanmasi