Kubok oyunlarının statistikası
Bu həftə Azərbaycan kuboku uğrunda yarışların 1/8 final mərhələsinin oyunları keçiriləcək.Qarşılaşacaq 8 cütdən 5-də rəqiblər ilk dəfə üz-üzə gələcək.
Sportal.az xəbər verir ki, digər 3 cüt isə əvvəllər də qarşılaşıb. Azərbaycan kubokunu ən çox qazanan 2 klub - “Neftçi” və “”Kəpəz” isə artıq 12-ci dəfə görüşəcək. Bu cüt yarışın tarixində ən çox təsadüf olunan 2-ci dueldi. Yalnız “Neftçi” - “Qarabağ” qarşıdurması daha çox - 17 dəfə baş tutub.
Azərbaycan kuboku, 1/8 final
4 dekabr
5. “İnter” - “Şuşa”
+1=0-0, top fərqi 4-1
3 il əvvəl baş tutan qarşılaşmada “İnter” asan qələbə qazanmışdı. Premyer Liqa təmsilçisi böyük hesabla məğlub etdiyi aşağı dəstə klubu ilə bu dəfə öz meydanında qarşılaşacaq.
2010/11
1/8 final
Şuşa - İnter (Bakı)
1:4
6. “Neftçi” - “Kəpəz”
+5=2-4, top fərqi 14-10
Son 5 matçdan 4-də qalib gələn “Neftçi” baş tutan 11 qarşılaşmada cüzi üstünlüyə malikdi. Bakılılar 6 dueldən 4-də mərhələ adlamağı bacarıb.
1995/96
1/4 final
Kəpəz (Gəncə) - Neftçi (Bakı)
1:0, 0:2
1997/98
1/2 final
Neftçi (Bakı) - Kəpəz (Gəncə)
1:2, 1:2
1999/2000
1/2 final
Kəpəz (Gəncə) - Neftçi (Bakı)
1:0, 0:0
2000/01
1/4 final
Neftçi (Bakı) - Kəpəz (Gəncə)
1:0, 3:1
2010/11
1/8 final
Gəncə - Neftçi (Bakı)
1:3
2011/12
1/4 final
Kəpəz (Gəncə) - Neftçi (Bakı)
1:2, 1:1
7. “Qaradağ Lökbatan” - “Rəvan”
İndiyədək görüşməyiblər
8. “Bakı” - “Sumqayıt”
+1=0-0, top fərqi 3-1
Bir il əvvəl elə eyni mərhələdə qarşılaşan komandalar yenidən 1/8 finalda görüşəcək. Bu dəfə də meydan sahibi olacaq paytaxtın eyniadlı təmsilçisi ötən mövsümdə rəqibini məğlub etmişdi.
2012/13
1/8 final
Bakı – Sumqayıt
3:1
9. “Mil-Muğan” - “Qəbələ”
İndiyədək görüşməyiblər
10. “Qarabağ” - AZAL
İndiyədək görüşməyiblər
11. “Araz Naxçıvan” - “Simurq”
İndiyədək görüşməyiblər
12. “Xəzər Lənkəran” - “Neftçala”
İndiyədək görüşməyiblər
saytlarin hazirlanmasi