Əllə qol vurmuş futbolçu:"Topun necə əlimə dəydiyini bilmədim"

19:25 - 2 Dekabr 2013

Nurlan Novruzov vurduğu qoldan danışdı
 
"Mən topu başla vurdum, necə əlimə dəydiyini bilmədim. Oyun çox sürətli gedirdi, ona görə də hiss etmədim. Bu gün videoyazıya baxandan sonra gördüm ki, top əlimə dəyib"
 
Bu sözləri "Neftçi"yə əli ilə qol vurmuş "Sumqayıt"ın hücumçusu Nurlan Novruzov Sportal.az-a açıqlamasında bildirib. O, həmçinin mətbuatdan qaçmağı barədə yazılanlara da aydınlıq gətirib:
 
"Bəzi yerlərdə oxudum ki, Nurlan qəsdən telefonlara cavab vermir. Bu belə deyil, mən niyə cavab verməyim ki? Mətbuatdan nə vaxt mənə zəng etsələr, həmişə çalışmışam ki,  sualarını cavablandırım"

Xəbər xətti