"Məni buna elə Farizin özü vadar etdi"
“Sumqayıt”in futbolçusu Samir Abbasov İntizam Komitəsinin haqqında çıxardığı 4 oyunluq cəza ilə bağlı fikirlərini bildirib.
Sportal.az xəbər verir ki, futbolçu XV turda keçirilən “Sumqayıt” –“Neftçi” matçının baş hakimi Fariz Yusifovun idarəçiliyinin bərbad olduğunu deyib: “Qərarın nə qədər ədalətli və ya ədalətsiz olması barədə bir söz deyə bilmərəm. Çünki qanunu bilmirəm. Ola bilər ki, hakimi söymək 4 oyunluq cəza ilə ölçülür. Ancaq kobudluq etdiyimi boynuma alıram. Bəli, hakimə qarşı pis rəftar etdim. Məni buna elə Farizin özü vadar etdi. Çox bərbad oyun idarə edirdi. Futbolçulara qarşı davranışını, verdiyi qərarları başa düşmək mümkün deyildi. Əgər soruşsaz ki, peşmansan bu hərəkətinə görə, cavabım hə olacaq. Çünki komandamda oyunçu qıtlığı olduğu bir məqamda hisslərimi cilovlaya bilmədim. Ancaq sırf hakimə qarşı etdiyim rəftara görə peşman deyiləm”
Xatırladaq ki, Premyer Liqanın XV turu çərçivəsində keçirilən "Sumqayıt"- "Neftçi" matçında "Sumqayıt"ın futbolçusu Samir Abbasov baş hakim Fariz Yusifovu təhqir edib. Bu hərəkətinə görə futbolçu İntizam Komitəsi tərəfindən 4 oyunluq cəza alıb.
qafqazinfo.az
saytlarin hazirlanmasi