"Biz də qalib ola bilərik amma bu, bəzi amillərdən asılıdır"
“Birinciliyə əsas namizədlər İspaniya, Braziliya və Almaniyadı. Portuqaliya yığması bu komandalarla turnirdə erkən qarşılaşmasa, əla olardı".
Sportal.az xəbər verir ki, bu sözləri "Real"ın ulduz forvardı Kriştiano Ronaldo 2014-cü ildə Braziliyada keçiriləcək Dünya çempionatında hansı yığmanın daha çox qalib gəlmək şansı olması haqda fikirlərini açıqlayarkən deyib.
Portuqaliya millisinin üzvü sözlərinə belə davam edib: "Biz də qalib ola bilərik. Bu, bəzi amillərdən asılıdı. Hazırda mən özümü əla hiss edirəm, mövsümün sonuna kimi belə vəziyyəti qorumaq lazımdı".
2014-cü il dünya çempionatı iyunun 12-dən iyulun 13-dək Braziliyada təşkil olunacaq. Püşkatma dekabrın 6-da saat 20.00-da keçiriləcək.
saytlarin hazirlanmasi