Messi yenə birinci oldu?
Yanvarda "Qızıl top" yenə də Lionel Messinin olacaq.
Sportal.az xəbər verir ki, bunu İspaniyanın xəbər agentliyi olan Agencia News bildirib.
Xatırladaq ki, təqdimat mərasimi yanvarın 13-nə planlaşdırılıb. Lakin agentlik bir aydan çox qalmış belə bir bəyanatla çıxış edib. Ötən il Agencia News qaliblərin elan olunmasına qədər ilk beşliyi düzgün qeyd etmişdi. Bu isə o deməkdir ki, yenə də informasıyanın sızması baş verib. Agentliyin bu xəbəri bukmeker şirkətlərində vəlvələ yaradıb.
"İşlər Messinin xeyrinə irəliləyir, – The Mirror qəzetinə müsahibəsində Britaniyanın məşhur William Hills şirktəinin nümayəndəsi Tonni Kenni bildirib. – Son günlərdə bazarda vəziyyət dəyişib. Ronaldu favorit olaraq qalır. Amma onun qələbə əmsalı 1,36-dan 1,67-yə yüksəlib. Messinin qalib olacağı əmsal isə əksinə , 5-dən 2,1-ə enib. Bu, yəqin ki, Agencia-nın xəbərindən sonra baş verib. Riberinin əmsalı isə 11-ə bərabərdir. Halbuki Fransa yığmasının futbolçusu iyulda lider idi. Bu, qeyri-adi bir haldır. Belə bir vəziyyətlə biz bu vaxta qədər qarşılaşmamışıq"
Agencia News-un məlumatına görə Kriştianu Ronaldu səsvermədə Messidən sonra 2-ci yeri tutub. "Real"ın futbolçusu artıq mərasimi boykot edəcəyini də bildirib.
3-cü yer Frank Riberiyə qismət olub. Ondan sonrakı yerdə Andres İnyesta, 5-ci pillədə isə Zlatan İbrahimoviç qərarlaşıb.
İlin məşqçisi adına Yupp Haynkess layiq görülüb. Ondan sonrakı yerləri Braziliyadan Luis Felipe Skolari və İspaniyadan Visente Del Boske tutublar.
milli.az
saytlarin hazirlanmasi