"Stadiona bomba qoyulub, partlayacaq"
Lənkəranda daha bir həyəcanlı an yaşanıb.
Sportal.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, dekabrın 5-də saat 17.57-də Lənkəran şəhərində yaşayan və özünü təqdim etməyən şəxs DİN-in «102» Zəng Mərkəzinə telefon açaraq “stadiona bomba qoyulub, partlayacaq” deyərək dəstəyi asıb.
Dərhal Lənkəran Şəhər-Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb, məlumat təsdiqini tapmayıb.
Araşdırmalarla yalan məlumatın Lənkəran şəhər sakini Alim Novruzov tərəfindən verilməsi müəyyən edilib.
saytlarin hazirlanmasi