Tədbir Bakı vaxtı ilə saat 20:00-da başlayacaq
Bu gün 2014-cü ildə Braziliyada keçiriləcək dünya çempionatının final mərhələsinin püşkatma mərasimi keçiriləcək.
Sportal.az xəbər verir ki, mötəbər yarışın püşkü Kosta-du-Sauipe şəhərində təşkil olunacaq və Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Reqlamentə əsasən, mundialın 32 iştirakçısı hərəsində 4 komanda olmaqla 8 qrupa bölünəcək. Artıq komandaların yer aldıqları səbətlər də məlumdu. 1-ci səbətdə ən güclülər yer alıbsa, digərləri konfederasiyalar prinsipinə görə qurulub.
Gələn il Braziliyada təşkil olunacaq dünya çempionatının açılış oyunu iyunun 12-nə nəzərdə tutulub. Final matçı isə iyulun 13-də, Rio de Janeyronun məşhur "Marakano" stadionunda keçiriləcək.
1-ci səbət: Braziliya, Argentina, İspaniya, Almaniya, Kolumbiya, Belçika, Uruqvay, İsveçrə
2-ci səbət: Əlcəzair, Kamerun, Fil Dişi Sahili, Qana, Nigeriya, Çili, Ekvador.
3-cü səbət: Avstraliya, İran, Yaponiya, Cənubi Koreya, Kosta-Rika, Honduras, Meksika, ABŞ
4-cü səbət: Bosniya və Herseqovina, Xorvatiya, İngiltərə, Fransa, Yunanıstan, İtaliya, Hollandiya, Portuqaliya, Rusiya
A qrupu: Braziliya, Meksika, Kamerun, Xorvatiya
B qrupu: İspaniya,Çili, Avstraliya, Hollandiya
C qrupu: Kolumbiya, Fil dişi sahilləri, Yaponiya, Yunanıstan
D qrupu: Uruqvay, İtaliya, Kosta-Rika, İngiltərə
E qrupu: İsveçrə,Ekvador, Honduras, Fransa,
F qrupu: Argentina, Nigeriya, İran, Bosniya və Hersoqivna
G qrupu: Almaniya, Qana, ABŞ, Portuqaliya
H qrupu: Belçika, Əlcazair, Cənubi Koreya, Rusiya
saytlarin hazirlanmasi