Sabir Allahquliyev artıq "Sumqayıt"a məxsus deyil
Premyer Liqa təmsilçisi “Sumqayıt” daha bir futbolçusu ilə vidalaşıb. Transferə çıxarılan Vüqar Əsgərov və müqaviləsini qarşılıqlı razılıq əsasında pozub, karyerasını bitirən Zaur Həşimovun ardından daha bir futbolçu ilə əməkdaşlıq ləğv olunub.
Sportal.az xəbər verir ki, hücumçu Sabir Allahquliyev artıq “Sumqayıt”a məxsus deyil. Bunu açıqlamasında klub prezidenti Kamran Quliyev də təsdiqləyib.
Quliyev bildirib ki, formada olmayan oyunçu ilə qarşılıqlı razılıq əsasında əməkdaşlığa xitam verilib.
futbol11.az
saytlarin hazirlanmasi