Mustafa Dənizlidən "Xəzər Lənkəran"lı futbolçulara qadağa!

00:12 - 7 Dekabr 2013

Komanda üzvləri alışmadıqları vəziyyətlə üzləşiblər
 
Premyer Liqanın XVI turunda “İnter”in qonağı olacaq “Xəzər Lənkəran” paytaxtda hazırlıqlarını davam etdirir.
 
Sportal.az xəbər verir ki, “Modern” otelində məskunlaşan “ağ-yaşıllar” yeni baş məşqçinin ciddi rejimli qaydaları ilə qarşılaşıblar. 
 
Belə ki, Mustafa Dənizli futbolçulara oteli tərk etməyə qadağa qoyub. Məşqi bitirdikdən sonra oteldə qapalı vəziyyətdə qalmalı olan komanda üzvləri alışmadıqları vəziyyətlə üzləşiblər. 
 
Məsələ ondadır ki, öncəki baş məşqçi Con Toşak komandanın Bakıda olduğu müddətdə adətən futbolçuları sərbəst buraxır və yalnız oyuna bir gün qalmışdan etibarən bir yerə toplanmalarını istəyirdi. Dənizli isə Toşakdan fərqli, komandada ciddi rejim tətbiq edib və qaydaları pozanların da ciddi cəzalandırılacağını bildirib.
 
12cioyuncu.info 

Xəbər xətti