Ruslan Qurbanov söyüşlərə məruz qalıb
Bu gün Azərbaycan Premyer Liqasının XVI turu çərçivəsində keçirilən "Bakı" - "Sumqayıt" matçında növbəti hakim biabırçılığı, hətta biz deyərdik ki, rüsvayçılığı yaşanıb.
Sportal.az xəbər verir ki,"Sumqayıt" - "Neftçi" matçında "Sumqayıt"ın kapitanı Samir Abbasovu söyən Fariz Yusifovdan bu dəfə gənc həmkarı ibrət götürüb.
Belə ki, qarşılaşmanın sonlarına doğru meydançanın "Sumqayıt"a aid hissəsində "Sumqayıt"ın futbolçusu Ruslan Qurbanovla yan xətt hakimi Nahid Əliyev arasında mübahisə düşüb. Bundan sonra baş hakim Rauf Cabbarovu yanına çağıran Nahid onun qulağına nə isə deyib. Bundan sonra isə Cabbarov Qurbanovu birbaşa qırmızı vərəqə ilə meydançadan qovub.
Qarşılaşmadan sonra məsələyə aydınlıq gətirən Qurbanov yan xətt hakimin onu söydüyünü bildirdi: "Rəqib futbolçu mənim ayağıma zərbə endirdi. Mən isə yan xətt hakiminə dedim ki, "görmürsən ayağıma vurur niyə saxlamırsan?". O isə cavabında mənə qayıtdı ki, "sox içivə, get oyunuvu oyna". Bu zaman mən də ona cavab qaytardım və o da dərhal baş hakimi çağıraraq məni qovdurdu".
Maraqldı ki, həmin epizoda yaxın olan şəxslər də yan xətt hakiminin futbolçunu söydüyünü etiraf etdilər.
rekord.az
saytlarin hazirlanmasi