AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək
Dekabrın 18-də AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.
Sportal.az xəbər verir ki, iclasda Azərbaycan milli komandasının baş məşqçisi məsələsi müzakirə ediləcək.
Eləcə də UEFA yarışlarında və Azərbaycan Premyer Liqasında iştirak üçün lisenziya almaq istəyən klublarda fiziki hazırlıq üzrə məşqçinin olmasının lisenziyalaşdırma prosesində A dərəcəli meyar kimi qəbul olunması, AFFA-nın təşkil etdiyi uşaq və yeniyetmə liqaları ilə bağlı yeni təkliflərin müzakirəsi gözlənilir.
saytlarin hazirlanmasi