Cənub təmsilçisi sabah məşqə çıxacaq
Premyer Liqanın XVII turunda “Rəvan” klubunu qəbul edəcək “Xəzər Lənkəran” bu gün günortadan sonra Bakını tərk edərək doğma şəhərə yollanıb.
Sportal.az xəbər verir ki, axşam saatlarında Lənkərana çatdıqdan sonra özünün baza-otelində məskunlaşan Cənub təmsilçisi sabah saat 11:00-da çıxacağı məşqlə “Rəvan”la oyunun hazırlıqlarına start verəcək.
Qeyd edək ki, dekabrın 15-də Lənkəran şəhər stadionunda keçiriləcək “Xəzər Lənkəran” – “Rəvan” qarşılaşması klubunun rəsmi saytı vasitəsilə canlı nümayiş olunacaq.
Mənbə: 12cioyuncu.info
saytlarin hazirlanmasi