Sehiç:"Biz liderliyi kiməsə vermək fikrində deyilik"
"Qarabağ"ın qapıçısı İbrahim Sehiçin Sportal.az-a müsahibəsi:
- “Neftçi” üzərində qələbədən danışardın...
- Layiqli qələbə qazandıq. İstər birinci hissədə, istərsə də ikinci hissədə yaxşı oynaya tərəf biz olduq. Bir neçə dəfə boş qapını dəqiq nişan ala bilmədik. Bəxtimiz gətirmədi, yoxsa daha böyük hesablı qələbə qazana bilərdik. Çempionatda üç oyun idi ki, qələbə qazana bilmirdik, bu üç xal bizim üçün çox vacib idi. Biz bu gün yaxşı komanda olduğumuzu göstərdik.
- “Qarabağ” həmişə güclü rəqiblərə ( “Bakı”, “Xəzər Lənkəran”, “Neftçi”) qalib gələ bilir, ancaq daha aşağı pillələrdə yerləşən komandalarla oyunlarda xallar itirirsiniz. Bunun səbəbi nədir?
- Çünki digər komandalar bizlə oyunlarda müdafiəyə çəkilirlər, bu zaman bizim üçün çətin olur, amma biz yenə də qol fürsətləri yaradırıq, sadəcə top qapıya girmir. Bu futboldur hər şey ola bilər. “Neftçi” ilə oyunda gözəl oyun oldu, əminəm ki, azarkeşlər bu oyundan həzz aldılar, hər iki komanda açıq oyuna üstünlük verirdilər.
- Son 4-5 matçdır ki, qapı sənə əmanət edilir...
- Qapıçını təyin etmək baş məşqçinin qərarıdır. Biz də bu qərara hörmətlə yanaşırıq. M'ən də çalışıram ki, mənə göstərilən etimadı doğruldum. Ancaq bu kluba gəldiyim üçün çox xoşbəxtəm. Futbolçuların hamısı bir-birinə qardaş kimidir, mehriban kollektiv var.
- Buraya gəlməmişdən qabaq “Qarabağa”da belə ab-havanın olacağını gözləyirdin?
- Belə olacağını gözləmirdim. Həqiqətən peşəkar baş məşqçiyə, mehriban kollektivə və məınimlə işləyəmn qapıçılarla məşqçiyə (Elxan Həsənov) heyran qaldım. Mən burada uzun müddət qalmaq və komanda ilə bir neçə çempionluqlar yaşamaq istəyirəm.
- “Qarabağ qış çempionudur" deyə bilərik?
- Əlbəttə, əminəm. Son iki oyunda da belə gözəl oyun nümayiş etdirib qələbə qazanmaq istəyirik. Biz liderliyi kiməsə vermək fikrində deyilik.
- Son olaraq, vətənin Bosniya və Hersoqovina DÇ-2014-ə vəsiqə qazanıb. Bu mundialda iştirak edəcəyini gözləyirsən?
- Mən “Qarabağ”a gəlməmişdən qabaq millinin baş məşqçisi mənimlə söhbətində bildirmişdi ki, sən orada oynasan, yaxşı forma yığsan səni milliyə çağıracam. Mən də bunun üçün çalışıram. İstəyirəm ki, DÇ-da oynamış ilk “Qarabağ”lı olum, inşallah da olacam.
Yusif HÜSEYN
saytlarin hazirlanmasi