Ronaldodan yeni rekord

14:25 - 11 Dekabr 2013

"Real" 800-cü qolunu vurdu
 
Madrid "Real"ın futbolçusu Kriştiano Ronaldo daha bir rekorda imza atıb. ]
 
Sportal.az xəbər verir ki, portuqaliyalı hücumçu "Kopenhagen"lə oyunda (2:0) fərqlənməklə Çempionlar Liqasının qrup mərhələsindəki qollarının sayını 9-a çatdırıb. Bu göstərici ilə o, hamını üstələyib.
 
Hazırda Ronaldodan sonra qrup mərhələsində ən çox qol vuran İsveç millisinin və PSJ-nin hücumçusu Zlatan İbrahimoviçdi. O, rəqib qapılarına 8 dəfə yol tapıb. Bundan başqa, Ronaldo "Real"ın Avropadakı 800-cü qolunun müəllifi olub.
 
2002/03 mövsümündə argentinalı Ernan Krespo və italyan Filippo İnzaqi, 2004/05 mövsümündə isə holland Ruud van Nistelroy qrup mərhələsində 8 qol vurmuşdu. 

Xəbər xətti