"Sumqayıt"da "Xəzər Lənkəran" matçı öncəsi şok itki

14:18 - 16 Dekabr 2013

Millimizin futbolçusu zədələndi
 
"Sumqayıt" və millimizin müdafiəçisi Vurğun hüseynovun "İnter"lə oyunda zədələnmə xəbərini vermişdik.
 
Təcrübəli müdafiəçi zədəsi haqqında son məlumatı Sportal.az-a bildirib:
 
"Ha-hazırda xəstəxanadayam. Zədəm haqqında son nəticə hələ dəqiq bilnmir. Amma "Xəzər Lənkəran"la matçı buraxmalı olacam. Ümid edirəm ki, yanvar toplanışına qədər zədəm düzələcək".

Xəbər xətti