Ruslan Abışov:"Azərbaycana geri dönmək barədə fikirləşmirəm"

20:13 - 17 Dekabr 2013

"Artıq Foqtsa öyrəşmişik"
 
"Rubin" və millimizin yarımmüdafiəçisi Ruslan Abışovun Sportal.az-a müsahibəsi:
 
- "Rubin"dəki işlərin necə gedir?
- Bu mövsüm uğurlu alınmadı, amma hər şey qaldı bu ildə, 2014-cü ildən hər şey yaxşı olacaq.
 
-  Uzun müddət zədədən sonra yenidən Belçikada Avroliqada oyuna çıxdın. Səninçün ağır olmadı?
- Düzdür, çətin idi. Fiziki vəziyyətim o qədər də yaxşı deyildi, amma elə də ciddi problem olmadı, hər şey normal oldu
 
- İndi zədən var?
- Əvvəlki zədəm qalıb indi də müalicə edirəm. Tezliklə tam hazır olacam.
 
- Adın "Qəbələ" ilə hallanır. Bu haqda nə deyə bilərsən?
- Ümumiyyətlə, bu barədə fikirləşmirəm. "Qəbələ" rəhbərliyinə də öz təşəkkürümü bildirirəm, amma mən sırf "Rubin"də qalıb orada da möhkəmlənmək istəyirəm. Azərbaycana geri dönmək barədə fikirləşmirəm.
 
- Bu ili millimiz üçün necə dəyərləndirirsən?
- Daha çox xal yığa bilərdik, bu 9 xalı o qədər də "şişirtmək" lazım deyil.. Lüksemburq və İsraillə oyunlarda çox xal yığa bilərdik, inanıram ki, 2014cü ildə bu xalı tsiklin ortalarına qədər yığa biləcəyik.
 
- Foqtsun qalmağı daha yaxşı olar yoxsa getməyi?
- Foqts burdadırsa, deməli qalıbdır (gülür) Artıq Foqtsa öyrəşmişik, 6 ildir buradadır, futbolçuları daha yaxşı tanıyır. Amma son qərarı federasiya rtəhbərliyi verəcək.
 
- Sənin öz fikrin necədir?
- Mən bu barədə danışmaq istəmirəm, çünki fikrim  qərara təsir etməyəcək.
 
Yusif HÜSEYN

Xəbər xətti