"Oyunda güclü tərəf biz olsaq da, sonda məğlub olduq"
“Ədalətsiz məğlubiyyət oldu. Yaxşı oynadıq, topa nəzarət etdik, çoxlu hücumlar təşkil etdik. Oyunda güclü tərəf biz olsaq da, sonda məğlub olduq. Rəqib komandanın qapıçısı mükəmməl oyun göstərdi. Bu futboldur, hər şey ola bilər."
Sportal.az xəbər verir ki, bu sözləri "Bakı"nın baş məşqçisi Milinko Pantiç deyib. Pantiç bir neçə futbolçu ilə yoları ayrıcağını da sözlərinə əlavə etdi:
"Bizim komanda da qol vurmağa çətinlik çəkirdi, lakin müdafiədə asanlıqla qollar buraxdıq. Hamını qarşıdan gələn bayram münasibəti ilə təbrik edirəm. Komandada dəyişikliklərin olacağı aydın görünür. Səhvlərimiz, boşluqlarımız göz önündədir. Boşluqları doldurmağa, yaxşı oyunçular transfer etməyə çalışacağam. Qış fasiləsində oyunçuları komandaya cəlb etmək çətindir. Yollarımızı ayıracağımız futbolçuların siyahısında həm yerli, həm də əcnəbi oyunçular olacaq”.
saytlarin hazirlanmasi