Aqil Məmmədov: "İkinci hissədə açıq futbol getdi"
“Heyətimizdə zədəli və cəzalı futbolçuların olmasına baxmayaraq, komanda bu gün yaxşı mübarizə apardı, maraqlı oyun alındı. Xüsusən ikinci hissədə açıq futbol getdi".
Sportal.az xəbər verir ki, bu sözləri "Sumqayıt" klubunun baş məşqçisi Aqil Məmmədov "Xəzər Lənkəran"la oyundan (3:4) sonra keçirilən mətbuat konfransında deyib.
Gənc mütəxəssis məğlubiyyətin səbəbləri haqda danışıb:
"İlk hissədə müdafiədəki kobud səhvlər oyunun nəticəsini müəyyən etdi. Hesab qane etməsə də, komandanın oyunundan razı qaldım. Bacardığımız bu qədərdir”.
saytlarin hazirlanmasi