"Neftçi"nin futbolçusu:"Tərəflər razılaşsa, "Xəzər Lənkəran"da oynayaram"

16:22 - 21 Dekabr 2013

Slavik Alxasov:"Bu barədə mətbuatdan oxumuşam"
 
Son günlərdə mətbuatda ən çox yayılan xəbərlərdən biri də "Neftçi"nin futbolçusu Slavik Alxasovun "Xəzər Lənkəran"a keçmə xəbəridir.
 
Futbolçu bu barədə öz fikirlərini Sportal.az-a açıqladı:
 
"Bu xəbəri mən də dünən mətbuatdan oxudum. Ancaq hələlik rəsmi bir təklif gəlməyib. Mən hal-hazırda "Neftçi"nin futbolçusuyam və ikiillik kontraktım var. Əgər tərəflər razılaşsa, "Xəzər Lənkəran"da oynayaram.
 
Qeyd edək ki, 21 yaşlılardan ibarət milli komandamızın üzvü bu mövsümü icarə əsasında "Sumqayıt"da çıxış edib və o, ynavar ayında isə "Neftçi" ilə təlim-məşq toplanışına qatılacaq. 

Xəbər xətti