Bakı klubunda bir gündə iki ayrılıq

00:09 - 22 Dekabr 2013

Naumoiski "İnter"dən getdi
 
Qış fasiləsi yarandıqdan sonra “İnter” 2-ci futbolçu ilə yollarını ayırıb.
 
Sportal.az xəbər verir ki, bundan öncə bolqarıstanlı Daniel Genovu yola salan paytaxt təmsilçisi indi də makedoniyalı İlço Naumoiski ilə vidalaşıb. Bu barədə  klubdan məlumat verilib. Bildirilib ki, klub 6 aylıq müqaviləsi qüvvədə olan oyunçunu transferə çıxarmaq barədə düşünürmüş. Amma İlço işin başqa cür həll olunmasını istəyib.
 
 
Tərəflər  müqaviləyə qarşılıqlı razılıq əsasında xitam veriblər.
Qeyd edək ki, Makedoniya millisinin 31 yaşlı sabiq üzvü İlço böyük ümidlərlə transfer olunsa da, heç nə ilə yadda qalmadı. Xüsusən də zədələr ona oynamaq imkanı vermədi.
 
futbol11.az

Xəbər xətti