"Azərbaycan liqası kifayət qədər çətindir"
"Qəbələ”nin baş məşqçisi Yuri Syomin Rusiya mətbuatına müsahibə verib.
Sportal.az xəbər verir ki, tanınmış mütəxəssis ölkəmizdəki işlərindən danışıb.
- Rusiya və Ukraynadakı uğurlardan sonra Azərbaycanda işləriniz necə gedir?
- İşlərimiz normaldır. Üstəlik Azərbaycanda ruslara münasibət necə yaxşı idisə elə də qalıb. Burda əvvəlki kimi rus dilin çoxları bilir. Buna baxmayaraq, komandada tərcüməçi də var ki, ehtiyac olanda məlumatı gənc futbolçulara çatdırır. Bax, onlar rus dilini tam bilmirlər. Nəticə qazanmaq hər yerdə çətindir. Kimsə Azərbaycanda çempionluğu qazanmağın asan olduğunu düşünürsə, bu yanlış fikirdir. Burada elitar məşqçilər çalışır. Bir müddət əvvəl Con Toşakın Lənkəran karyerası başa çatdı. Burada onun heç nəyi alınmadı
- Niyə?
- Azərbaycan liqası kifayət qədər çətindir. 10 komanda 4 dövrədə mübarizə aparır. Bütün zəiflər ələnib və asan oyun yoxdur. Çempionatın liderləri “Neftçi” ilə “Qarabağ” hər il çempionluq uğrunda mübarizə aparır. İndi biz də bu mübarizəyə qoşulmuşuq. Hələ onlarla ayaqlaşırıq. 1-ci yerdən cəmi 1 xal geridəyik.
- Keçək Rusiya futboluna, Kurban Berdıyevin “Rubin”dəki istefasını necə şərh edərdiniz?
- Berdıyev təkcə Kazan üçün deyil, Rusiya futbolu üçün böyük iş görüb. Onun işinə böyük hörmətlə yanaşıram. Komandanı 1-ci dəstədən çempionluğa daşımaq hər kəsə nəsib olmur. Berdıyev futbolda öz istiqamətini görürdü və bu gün hamı “Rubin”ə hörmət edir.
Onun istefasına gəlincə isə bütün məşqçilərin belə dövrləri olub. Mənim “Lokomotiv”də, Oleq Romantsevin “Spartak”da. Dəyişikliklərin “Rubin”i hara aparacağına isə klub rəsmiləri məndən yaxşı cavab verər.
- “Rubin”in sizə maraq göstərməsi xəbərinin əsası var?
- “Rubin” rəhbərliyi qarşısında indi hansı yolla getməklə bağlı çox çətin seçim var: “Spartak” Romantsevdən sonra indiyədək heç nə qazana bilmir. MOİK və “Lokomotiv”də də oxşar vəziyyət olub. Burada çox şey rəhbərlərin namizədlərin arasında aparacağı seçimdən asılı olacaq. Belə namizədlər isə çoxdur.
Mənim soyadım orda varmı? Niyə də olmamalıdır ki? Rusiya çempionu olmuşam, Ukrayna çempionatını qazanmışam, kubokun sahibi adına yiyələnmişəm. İndi də Azərbaycanda çempionluq üçün mübarizə aparacağıq. Mən bunu belə şərh edəcəm.
- Berdiyev başqa Rusiya klubunda çalışa bilər?
- Əlbəttə. İndi deyirlər ki, “Rubin”də sistem var idi və hər şey buna uğun gedirdi. Amma həmin sistemi Berdıyevin özü qurub axı. Lazım olanı edirdi və nəticə qazanırdı. Əminəm ki, Berdıyev hələ bir çox komandaya fayda verəcək.
- Qışda Rusiyadan təklif alsanız “Qəbələ”dən ayrıla bilərsiz?
- Bu sual təxribatdır. Mənim rəhbərlərim var, onlarla münasibətlərimiz yaxşıdır. Buna görə gəlin tələsməyək.
saytlarin hazirlanmasi