Rövşən Əhmədova cavab gecikmədi:"O, Kamran Quliyevi çox gözəl tanıyır"

18:05 - 24 Dekabr 2013

"Sumqayıt" "Bakı" ilə oyundan sonra protokola heç bir şikayət əlavə etməyib"
 
Bu gün Rövşən Əhmədov saytımıza verdiyi açıqlamada "Mən Kamran Quliyevi tanımıram, tanımaq da istəmirəm" ifadəsinə "Sumqayıt" klubundan cavab gəlib.
 
Klubun mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov Sportal.az-a verdiyi açıqlamada bunları dilə gətirib:
 
 
"Rövşən Əhmədovun saytınızda dərc olunan fikirləri ilə tanışıq. İlk növbədə qeyd edim ki, Premyer Liqanın oyunlarına təşrif buyuran hakim-inspektorlar klub rəhbərliyini tanımalıdır. Rövşən müəllim də Kamran Quliyevi çox gözəl tanıyır.
 
Onun verdiyi açıqlamada aydın şəkildə görünür ki, adıçəkilən hakim-inspektor kiminsə hakimlər otağına daxil olmasını sportal.az saytına etiraf edib. Bu da qaydaların pozulması deməkdir.
 
"Sumqayıt" Futbol Klubu, ümumiyyətlə, "Bakı" ilə oyundan sonra protokola heç bir şikayət əlavə etməyib. Biz həmin qarşılaşmada yalnız yan xətt hakiminin verdiyi qərarlardan narazı olmuşuq və narazılığımızı şifahi şəkildə bildirmişik. Digər məsələlərə gəldikdə, nə Kamran Quliyev, nə də klubumuzun digər rəsmiləri bu məsələ ilə bağlı heç yerdə açıqlama verməyib".

Xəbər xətti