"Azərbaycanda hər şey xoşuma gəlirdi"
Ötən həftə “İnter” bolqar futbolçu Daniel Genovla rəsmən vidalaşdı. Legioner futbolçuyla müqavilə qarşılıqlı razılıq əsasında pozuldu.
Sportal.az xəbər verir ki, Daniel Genov artıq Bolqarıstandadır vəklubun rəsmi saytı vasitəsi ilə vasitəsilə “İnter”lə vidalaşmaq istədiyini bildirdi.
-“Mən “İnter”də ömrüm boyu xatırlayacağım bir neçə il keçirdim.Azərbaycanda hər şey xoşuma gəlirdi. Klub haqqında da eyni sözləri deyə bilərəm. Burada mən çox şeyi öyrəndim. “İnter”də unudulmayan illər keçirdim. Bu klub mənə çox şey verdi və onunla ayrılmaq elə də asan olmadı. Hazırda karyeramı davam etdirmək üçün bir neçə variantım var. Hansı klubda çıxış edəcəyim barədə hələlik qərar qəbul etməmişəm, ancaq tezliklə hər şey müəyyənləşəcək”.
“İnter”PİK-in rəhbərliyi komandada keçirdiyi illərə görə Daniel Genova minnətdarlığını bildirir və ona futbol karyerasında uğurlar arzulayır.
saytlarin hazirlanmasi