"Qalatasaray" "Zenit"in futbolçusunu alır

01:53 - 26 Dekabr 2013

Şirokov karyerasını Türkiyədə davam etdirə bilər
 
Türkiyənin "Qalatasaray" klubu Rusiyadan futbolçu transfer etməyi planlaşdırır.
 
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi "Zenit" klubunun yarımmüdafiəçisi Roman Şirokova "elçi" düşüb.
 
"Cim Bom" rəhbərliyi gələn ay rusiyalı futbolçuya rəsmi təklif göndərəcək. Rusiya yığmasının futbolçusunun "Qalatasaray"da oynaya biləcəyi istisna olunmur.

Xəbər xətti