"Neftçi" rəsmisi: "Verilən cəzaları tam haqlı sayırıq"

16:00 - 27 Dekabr 2013

Gündüz Abbaszadə:"Maraqlı olan məqan İntizam komitəsinin hakimlərə verdiyi qərarlardır"
 
AZAL - "Neftçi" matçından sonra qonaqların rəsmiləri Gündüz Abbaszadə və Tahir Süleymanov  Nizam-intizam komitəsinin qərarına uyğun olaraq, hər biri 5 oyuluq və 5000 manat məbləğində cəzalandırılmışdı.
 
Bu qərara görə, "Neftçi"nin Apelyasiya komitəsinə müraciət edib-etməyəcəyi haqqında suala klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə Sportal.az-a açıqlamasında aydınlıq gətirib:
 
"Biz verilən cəzalarla bağlı Apelyasiya komitəsinə müraciət etməyəcəyik. çünki verilən cəzaları tam haqlı sayırıq, qaydalar da bunu deyir. Amma maraqlı olan məqan İntizam komitəsinin hakimlərə verdiyi qərarlardır".

Xəbər xətti