Rəşad Məmmədov: "Şəhriyar Xəlilovun komandaya keçidi hələ rəsmiləşməyib"
"Komanda yanvarın 7-də Sumqayıtdakı bazada yığışacaq. Təlim-məşq toplanışını öz bazımızda keçirəcəyik. Burada 4 yoxlama görüşü də nəzərdə tutulub."
Bu sözləri Sportal.az-a açıqlamasında "Sumqayıt" klubunun mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov deyib. Məmmədov klubdan ayrılan və gələn futbolçular haqqında da məlub verib:
"Vurğun Hüseynovla iki illik müqaviləmiz var və heç bir yerə getməyəcək. Şəhriyar Xəlilovun komandaya keçidi hələ rəsmiləşməyib. Onun adı transfer siyahımızda olsa da, hələ dəqiqləşməyib. Ayrılanlar isə artıq məlumdur. İcarədə olan 4 futbolçu "Neftçi"yə, Nurlan Novruzov isə məxsus olduğu "Bakı" klubuna qayıdıb."
saytlarin hazirlanmasi