Arda Turan "Qalatasaray" üçün gəlir

02:02 - 10 Sentyabr 2015

"Atletiko" ilə oyunda stadionda olacaq
 
Sentyabrın 17-i Çempionar Liqasının qrup mərhələsini ilk matçında "Qalatasaray"  "Türk Telekom Arena"da Madrid "Atletiko"sunu qəbul edəcək.

Sportal.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, yayda "Barselona"ya transfer olunan "Qalatasaray"ın yetirməsi Arda Turan bu matçı canlı olaraq stadiondan izləmək qərarına gəlib. Artıq futbolçu bu barədə baş məşqçisi Luis Enrike ilə də danışıb. Arda qarşılaşmanı tribunadan izləyəcəyi barədə "Qalatasaray"lı futbolçulara da məlumat verib.
 
Qeyd edək ki, Arda Turan ötən mövsümdə "Qalatasaray" üçün önəömli matçlarda tribunada öz komandasına dəstəyini əsirgəməmişdi.

Xəbər xətti