"Fənərbaxça"ya daha bir zərbə

13:26 - 14 Sentyabr 2015

3 həftə oynamayacaq

 

"Fənərbaxça"da daha bir itki baş verib.

 

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ayağında yırtıq aşkarlanan Dieqo Ribas 3 həftə yaşıl meydanlardan uzaq qalacaq. Belə ki, braziliyalı futbolçu "Fənərbaxça"nın "Molde" və "Seltik" matçlarına komandasına kömək edə bilməyəcək.

 

Qeyd edək ki, daha öncə "Fənərbaxça"da Bruno Alves, Abdullaye Ba və Simon Kyaerin zədəli olduğunu xəbər vermişdik.

Xəbər xətti