"Fənərbaxça" bu xəbərlə sevindi

12:16 - 15 Sentyabr 2015

Alves qayıtdı

 

"Fənərbaxça" potuqaliyalı müdafiəçisi Bruno Alvesdən şad xəbər alıb.

 

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, zədə səbəbindən 3 oyundu oynaya bilməyən Alves ötən gün komanda ilə birgə məşqlərə başlayıb. 

 

Qeyd edək ki, "Fənərbaxça" Avropa Liqasının qrup mərhələsi çərçivəsində sentyabrın 17-də "Molde" ilə qarşılaşacaq. Brunonun bu matçda oynayacağı gözlənilir.

Xəbər xətti