Həkim Fatih Terimə cəza ödəyəcək

20:48 - 15 Sentyabr 2015

Gündə 20 lirə
 
Türkiyə millisinin baş məşqçisi Fatih Terimi təhqir edən həkim cəzaya məruz qalıb.

Sportal.az xəbər verir ki, sosial şəbəkədə yazılan təhqir ürək və damar cərrahı, həkim Yüksel Beşirə 2180 türk lirəsinə (təxminən 700 dollar) başa gəlib. Həkim bu cəzanı 109 gün, gündə 20 lirə ödəməklə verəcək.
 
Məsələ ilə bağlı keçirilmiş məhkəmədə baş məşqçini vəkil Reza Epözdemir təmsil edib. Həkim məhkəməyə qatılmasa da, yazılı ifadə verib. O, "bir az ağır" sözlər işlətdiyini qəbul edib və Terimdən üzr istəyib.
 
Qeyd edək ki, hadisə 2013-cü ildə Fatih Terim "Qalatasaray"da işləyərkən baş verib.

Xəbər xətti