"Beşiktaş"da qalmaq istəyirəm"

17:51 - 8 Oktyabr 2015

"Hədəfimiz çempion olmaqdır"

 

"Beşiktaş"ın hücumçusu Mario Qomes Türkiyə mətbuatına açıqlamalar verib.

 

Sportal.az xəbər verir ki, məşhur futbolçu İstanbul klubundakı durumundan danışıb:

 

"Mövsümə yaxşı başlamışıq. Hazırda komandamızda vəziyyət yaxşıdır. "Beşiktaş"da özümü yaxşı hiss edirəm. Komandamdan ayrılmaq istəmirəm. Təkrar milli komandaya vəsiqə qazanmaq üçün bu temptdə davam etmək lazımdır. Mümkün qədər çox qol vurmağa çalışıram. Hədəfimiz Türkiyə Super Liqasında çempion olmaqdır".

 

Qeyd edək ki, icarə əsasında "Beşiktaş"da oynayan Mario Qomes İstanbul klubunun heyətində Super Liqada 6 qol vurub.

Xəbər xətti