Sabiq "Qarabağ"lı baş məşqçisiz qaldı

19:42 - 11 Oktyabr 2015

Superliqada baş məşqçi istefası
 
Türkiyə Superliqasında çıxış edən daha bir klub baş məşqçisi  ilə yollarını ayırıb. 
 
Sportal.az xəbər verir ki, ardıcıl uğursuzluqların ardından "Əskişəhərspor” baş məşqçisi Mixael Skibbe ilə işbirliyinə son qoyub. 
 
Qeyd edək ki, almaniyalı çalışdırıcı cari ildən "Əskişərhərspor”u çalışdırırdı. Onu  komandası Türkiyə Superliqasının ilk VII turundan sonra 4 xal toplayıb və turnir cədvəlində 18 komanda arasında 17-ci pillədə qərarlaşıb.
 
Xatırladaq  ki, "Qarabağ”ın sabiq futbolçusu Muarrem Muarrem də "Əskişəhərspor”da forma geyinir.

Xəbər xətti