Muarrem Muarremin yeni baş məşqçisi məlum oldu

00:30 - 12 Oktyabr 2015

"Əskişəhərspor"da yeni baş məşqçi
 
Türkiyənin Superliqa klublarından "Əskişəhərspor" baş məşqçisi Mixael Skibbeylə yollarını ayırdığını xəbər vermişdik. 
 
Sportal.az xəbər verir ki, artıq "Əskişəhərspor"un yeni baş məşqçisinin kimliyinə aydınlıq gəlib. Komandanın "sükan"ı "Fənərbaxça"nın keçmiş çalışdırıcısı İsmail Kartala tapşırılıb.
 
"Əskişəhərspor" Superliqanın 7 turundan sonra 4 xal toplayıb və turnir cədvəlində 17-ci pillədə qərarlaşıb. "Qarabağ"ın sabiq futbolçusu Muarrem Muarrem "Əskişəhərspor"da forma geyinir.
 

Xəbər xətti