Kamran Ağayevin komandasında ciddi itki

01:56 - 15 Oktyabr 2015

Engin Baytar zədələnib
 
Oktyabrın 17-də millimizin qolkiperi Kamran Ağayevin şərəfini qoruduğu "Karşıyaka" "Kardemir Karabükspor"la qarşılaşacaq.

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ağayevin komandası ciddi itki ilə üzləşib. Belə ki, komandanın aparıcı futbolçularından sayılan Engin Baytar zədələnib. Onun əzələsində yırtıq aşkarlanıb və həftəsonu baş tutacaq matçı buraxacağı gözlənilir.

Xəbər xətti