"Fənərbaxça"da ciddi itki

01:33 - 19 Oktyabr 2015

Nani zədələndi
 
Dünən Türkiyə Superliqasının 8-ci turunda "Kayserispor"la matçda "Fənərbaxça" ciddi itki ilə üzləşib.
 
Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, komandanın aparıcı üzvlərindən sayılan Luis Nani matçın 47-ci dəqiqəsində zədələnərək meydanı vaxtından əvvəl tərk edib. Futbolçunun son durumuna bu gün tibbi müayinədən keçdikdən sonra aydınlıq gələcək.
 
Qeyd edək ki, "Fənərbaxça" bu matçda rəqibini 1:0 hesabı ilə məğlub etmişdi.

Xəbər xətti