Türkiyə Superliqasında növbəti baş məşqçi istefası

01:34 - 25 Oktyabr 2015

Sergen Yalçın "Sivasspor"dan getdi
 
Türkiyə Superliqasında növbəti baş məşqçi istefası reallaşıb.
 
Sportal.az xəbər verir ki, "Sivasspor"un baş məşqçisi Sergen Yalçın vəzifəsindən gedib. Belə ki, komandasının bu mövsüm uğursuz çıxışı və dünən "Trabzonspor"a məğlub olması buna səbəb olub. Artıq klub rəhbərliyi də müqavilənin qarşılıqlı şəkildə ləğv edildiyini açıqlayıb.

Xəbər xətti