"Sivasspor"un yeni baş məşqçisi bilindi

15:55 - 25 Oktyabr 2015

Sərgən Yalçının əvəzinə Okan Buruk

 

Türkiyə Super Liqasında mübarizə aparan “Sivasspor” klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib.

 

Sportal.az “milliyet”ə istinadən xəbər verir ki, “Sivasspor” klubu ötən mövsüm “Qazientepspor”u çalışdıran Okan Buruku gətirib. Okan Buruk bu vəzifədə ötən gün istefa verən Sərgən Yalçını əvəz edib. Verilən məlumata görə, Buruk bu axşam Sivas şəhərinə gələcək və sabahdan komandanı “Bursaspor”la matça hazırlayacaq.

 

Qeyd edək ki, “Sivasspor” Super Liqada 9 turdan sonra 6 xal toplayıb və turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.

Xəbər xətti