Yunus Mallı seçimini etdi

15:09 - 26 Oktyabr 2015

Türkiyə millisində oynayacaq

 

Bu mövsüm sərgilədiyi oyunla diqqət çəkən Almaniyanın "Maynz" klubunun türk əsilli futbolçusu Yunus Mallı hansı ölkənin milli komandasında oynayacağı ilə bağlı qərarını açıqlayıb.

 

Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, 23 yaşlı futbolçu Türkiyə milli komandasında oynayacağını bildirib. Almaniyanın aşağı yaş qruplarından ibarət milli komandalarında oynamasına baxmayaraq Mallı Türkiyənin əsas milli komandasını seçib.

 

Qeyd edək ki, gənc yarımmüdafiəçi bu mövsüm meydana çıxdığı 10 matçda 6 qolla yadda qalıb.

Xəbər xətti